https://news.day.az/azerinews/1784864.html
Nənə və nəvə ağır yaralandı - Ağdamda ailə FACİƏSİ - FOTO
Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır yaralanıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.
Nənə və nəvə ağır yaralandı - Ağdamda ailə FACİƏSİ - FOTO
.jpg)
Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır yaralanıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.
Hadisə zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli, onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı isə birinci dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре