“Onun səsi, gülüşü, söhbəti daha yoxdur”

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün öncə vəfat edən dostu, həmkarı Cabir İmanovla bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, sənətçi sosial media hesablarında kədərini bölüşüb. 

"Dostunu itirmək - insanın ürəyində açılan dərin bir yaradır. Onun səsi, gülüşü, söhbəti daha yoxdur, amma xatirələri hər an yanımızdadır. Ən çətini isə sən qalırsan tək, o isə başqa bir aləmdədir. Bu tənha hiss, sükut və həsrət  insanı həm ağladır, həm də düşündürür. Biz dua edirik ki, Allah o dostumuzu rəhməti ilə qucaqlasın, bizə isə səbr versin", - deyə, Bağırzadə bildirib.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov sentyabrın 29-da idman zalında infarkt keçirərək dünyasını dəyişib.