Ətin qiyməti bu səbəbdən ucuzlaşır - VİDEO

Son günlər iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi həm ət, həm də süd məhsullarının qiymətinə öz təsirini göstərib. Xəstəlik səbəbilə bu məhsullara olan tələbat azaldığı üçün qiymətlərdə ucuzlaşma müşahidə olunur.
Day.Az xəbər verir ki, Milli.Az saytına istinadən bölgələrdə satışla məşğul olanlar ətin qiymətində 2 manata qədər enmənin olduğunu bildirirlər.
"Əvvəllər ət 17 manata satılırdısa, indi 14-15 manata təklif edirik. Bəzən isə xarab olmasın deyə daha da ucuz qiymətə veririk", - deyə satıcılar qeyd edirlər.
Diqqətçəkən məqam isə odur ki, bölgələrdə qiymətlər enmiş olsa da, paytaxt bazarlarında hələlik ciddi bir dəyişiklik müşahidə olunmur.
Qəssablar bildirirlər ki, alıcı sayı azalıb, insanların xəstəlik səbəbilə ehtiyat etdikləri görünür. Lakin onlar qiymətlərin ucuzlaşacağını düşünmürlər:
"Satış zəifdir, amma hələlik qiymətlər dəyişməyib".
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, daxil olan şikayətlər nəzərə alınaraq vaxtaşırı yoxlamalar aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре