Azərbaycan və Bruney-Darüssalam diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Bu gün Azərbaycan və Bruney-Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

"Bruney-Darüssalam hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq", - paylaşımda vurğulanıb.