https://news.day.az/azerinews/1802161.html Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb - FOTO Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.

Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb - FOTO

Azərbaycanca, 13 декабря 2025 14:55 (UTC +04:00) 391
Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.

Day.Az xəbər verir ki, daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb
  • Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlayıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости