https://news.day.az/azerinews/1808951.html Şəkidə ehtiyatsızlıqdan adam öldürən gənc tutuldu Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Day.Az-а prokurorluqdan məlumat verilib.

Şəkidə ehtiyatsızlıqdan adam öldürən gənc tutuldu

Azərbaycanca, 12 января 2026 19:42 (UTC +04:00) 354
Şəkidə ehtiyatsızlıqdan adam öldürən gənc tutuldu

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Day.Az-а prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости