https://news.day.az/azerinews/1817378.html İtkin şəhid Qılman Hacıyev dəfn edildi Bərdədə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyevlə vida mərasimi təşkil olunub. Day.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimi Bərdə rayonunun Kələntərli kəndində keçirilib.

İtkin şəhid Qılman Hacıyev dəfn edildi

Azərbaycanca, 20 февраля 2026 13:15 (UTC +04:00) 332
İtkin şəhid Qılman Hacıyev dəfn edildi

Bərdədə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyevlə vida mərasimi təşkil olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimi Bərdə rayonunun Kələntərli kəndində keçirilib.

Mərasimdə rayon sakinləri, şəhidin ailə üzvləri, Bərdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında dəfn olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Hidayət Vəliyev Birinci Qarabağ müharibəsində Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости