Siqaret satışında yeni DÖVR: Vəsiqə sistemi tətbiq oluna BİLƏR
Türkiyədə siqaret istifadəsinin artması fonunda yeni tənzimləmə planları gündəmə gəlib.
Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Şuayip Birinci siqaret satışının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi modelinin nəzərdən keçirildiyini bildirib.
Onun sözlərinə görə, ölkədə siqaretlə bağlı həm sağlamlıq, həm də iqtisadi yük artmaqdadır. Bir nəfər siqaret istifadəçisinin illik sağlamlıq xərci təxminən 1028 dollar təşkil edir, ümumi tütün xərcləri isə 15 milyard dollara çatır. Eyni zamanda, siqaret səbəbli yanğın ziyanı 4 milyard dollar, səhiyyə xərcləri isə 5 milyard dollar olaraq qiymətləndirilir.
Rəsmi statistikaya əsasən, siqaretə başlama yaşı 12-dən aşağı düşüb və hər 100 uşaqdan 44-ü siqaret tüstüsünə məruz qalır. Birinci qeyd edib ki, qiymət artımı və satışa nəzarət kimi tədbirlər istehlakın azalmasında əsas rol oynayır və Yaponiya modeli kimi kimliklə satış sistemi də bu istiqamətdə mümkün addımlardan biridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре