https://news.day.az/azerinews/1833686.html Suriyada hərbçilərə hücum edilib: ölən və yaralananlar var Suriya Ərəb Respublikasının şimal-şərqindəki Haseke əyalətində baş verən hücum nəticəsində ən azı iki Suriya hərbçisi həlak olub. Day.Az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində daha bir neçə hərbçi yaralanıb.

Suriyada hərbçilərə hücum edilib: ölən və yaralananlar var

Azərbaycanca, 11 мая 2026 18:16 (UTC +04:00) 328
Suriyada hərbçilərə hücum edilib:

Suriya Ərəb Respublikasının şimal-şərqindəki Haseke əyalətində baş verən hücum nəticəsində ən azı iki Suriya hərbçisi həlak olub.

Day.Az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində daha bir neçə hərbçi yaralanıb.

 

Məlumata görə, naməlum silahlı şəxslər Suriyanın şimalının şərq və qərb bölgələrini birləşdirən magistral yolun yaxınlığında yerləşən Əl-Əliyə taxıl anbarlarının yaxınlığında park edilmiş hərbi avtomobilə hücum ediblər.

Yanvarın sonunda Suriya hakimiyyəti ilə kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri" arasında imzalanan razılaşmaya uyğun olaraq, Suriya ordusu əsas obyektlərdəki mövcudluğunu gücləndirərək Haseke əyalətini nəzarətə götürüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости