Ən çox pestisid olan 4 meyvə açıqlanıb

Mütəxəssislər bildirirlər ki, bir neçə kimyəvi maddənin birlikdə təsiri sağlamlıq üçün təhlükə yarada bilər.

Day.Az xəbər verir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Portağal, Üzüm, Çiyələk və Alma ən çox pestisid qalıqları aşkarlanan meyvələr sırasında yer alıb. 

Araşdırmalara görə, bəzi pestisidlər sinir sistemi və hormonal balans üçün risklidir. Xüsusilə uşaqlarda və hamilə qadınlarda bu maddələrin beyin inkişafına mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Ekspertlər meyvələrin yaxşı yuyulmasını və mümkün olduqda orqanik məhsullara üstünlük verilməsini tövsiyə edirlər.