Dünyanın ən isti 50 yeri bu ölkədədir
Hindistan tarixinin ən ağır istilik dalğalarından biri ilə üz-üzə qalıb. AQI platformasının məlumatına görə, dünyanın ən isti 50 yaşayış məntəqəsinin hamısı Hindistanda qeydə alınıb.
Day.Az xəbər verir ki, ölkənin Uttar Pradeş ştatındakı Banda şəhərində temperatur 46,2 dərəcəyə çataraq günün ən yüksək göstəricisi olub.
Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən istilərin hər il daha erkən və daha şiddətli başladığını bildirirlər.
Meteoroloqlar yüksək rütubət səbəbindən hiss olunan temperaturun bəzi bölgələrdə 50-60 dərəcəyə çata biləcəyi barədə xəbərdarlıq edib. Bu vəziyyətin insan sağlamlığı, enerji sistemi və su ehtiyatları üçün ciddi risk yaratdığı qeyd olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре