https://news.day.az/azerinews/1834512.html Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlər aparılmalıdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb

Azərbaycanca, 15 мая 2026 12:54 (UTC +04:00) 288
Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb

Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlər aparılmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Badamdar-Bibiheybət tərəfdə bərkitmə işləri üçün tədqiqat aparılması ilə bağlı tapşırıq verilib. Tədqiqatlardan sonra bərkitmə işləri də aparılacaq.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir:

"Kahramanmaraşa getdik, orada işlədik. Düşünürəm ki, bu zəlzələ bütün dünyaya bir dərsdir. O mənada ki, tikinti aparanda elə aparmalısan ki, gələcəkdə seysmik risk minimuma ensin, güclü dağıntılar və insan tələfatı olmasın".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости