https://news.day.az/azerinews/1837171.html Regionlarda məşğulluğun 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur – Nazir 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib, qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olub. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Regionlarda məşğulluğun 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur – Nazir

Azərbaycanca, 25 мая 2026 16:40 (UTC +04:00) 394
Regionlarda məşğulluğun 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur

2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib, qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olub.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Nazir vurğulayıb ki, regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur.

"Azərbaycanda torpaq fondunun 55 faizi, istehlak olunan suyun isə 70 faizindən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq", - deyə M.Məmmədov qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости