Ev alarkən kvadrat necə HESABLANMALIDIR? - Ekspert müzakirələrə SON QOYDU
Ev kvadratının çöldən, yoxsa içəridən hesablanması ilə bağlı müzakirələr daim diqqət mərkəzindədir.
Day.Az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, Evin kvadratının, ümumilikdə isə sahənin hesablanması qaydaları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 4 dekabr 2012-ci il tarixli Kollegiya Qərarı və Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi ilə tənzimlənir.
O, qeyd edib ki, həmin normativ aktlarda yaşayış və qeyri-yaşayış sahələrinin hesablanma qaydaları ətraflı şəkildə müəyyən edilib.
"Qaydalara əsasən, evin sahəsi hesablanarkən yalnız daxili istifadə sahələri nəzərə alınır. Hesablama plintuslar çıxılmaqla, divardan-divara olan daxili ölçülər əsasında aparılır. Pəncərə boşluqları ayrıca sahə kimi hesablanmır. Eyni zamanda, xarici və daxili divarların tutduğu hissələr də ümumi sahəyə daxil edilmir.
Balkon, eyvan, terras, lojia, yerləşgə və veranda kimi əlavə hissələrin hesablanması isə xüsusi qaydalarla həyata keçirilir. Qanunvericilikdə bu sahələr üçün müəyyən əmsallar nəzərdə tutulub və onların sahəsi həmin əmsallara vurulmaqla hesablanır", - o deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре