Şəxsi ərizə ilə işdən ayrılan zaman kompensasiya TƏLƏB EDİLƏ BİLƏRMİ?
Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin "a" (müəssisə ləğv edildikdə) və "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə əmək müqaviləsinə xitam verilən işçilərə işəgötürən tərəfindən işdənçıxarma müavinəti ödənilir.
Lakin Əmək Məcəlləsində işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halında ona işdənçıxarma müavinətinin və ya buna görə kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarına əsasən əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından işdənçıxarma müavinətinə aid edilmir və işçi işdən azad olunanda ona bu halda işdənçıxarma müavinəti verilmir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре