Alimlər qarın piyini əritməyin daha asan YOLUNU TAPDI
The University of Hong Kong alimlərinin apardığı yeni araşdırma göstərib ki, qarın piyini azaltmaq və fiziki formanı yaxşılaşdırmaq üçün həftədə cəmi bir dəfə intensiv interval məşqi etmək kifayət ola bilər.
Day.Az xəbər verir ki, tədqiqat əsasən qarın nahiyəsində piylənmədən əziyyət çəkən artıq çəkili insanlar üzərində aparılıb.
Araşdırma zamanı iştirakçılar iki qrupa bölünüb: bir qrup həftədə bir dəfə, digər qrup isə üç dəfə interval məşqləri edib. Hər iki qrup ümumilikdə həftə ərzində 75 dəqiqə sürətli interval gəzintisi həyata keçirib. Nəticələr göstərib ki, hər iki üsul bel çevrəsinin və bədəndəki yağ faizinin azalmasına oxşar təsir göstərib.
Mütəxəssislər bildirirlər ki, vaxt azlığı səbəbindən idmana vaxt ayıra bilməyən insanlar üçün həftədə bir dəfə edilən intensiv məşq daha praktik alternativ ola bilər. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре