Azərbaycan Rusiyanın axtardığı Qırğızıstan vətəndaşını ekstradisiya edib
Rusiyada cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq axtarışa verilmiş Qırğızıstan vətəndaşı Tadzhimatov Kamoliddin Salicanoviç Azərbaycandan Rusiya Federasiyasına ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası Baş Prokurorluğunun ekstradisiya ilə bağlı vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Məlumata görə, 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviç Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayəti törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilib.
Təqsirləndirilən şəxs 2026-cı ilin mart ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре