Nərgiz Vahabqızı: “Allah məni o günə qoymasın...” – FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
"Bu bizim sonumuz ola bilər".
ATV kanalının simalarından biri Nərgiz Vahabqızı teleməkanın cazibədar aparıcılarındandır. O, həm də eyni kanalda yayımlanan "Qız atası" serialında evin ərköyün qızı obrazını canlandırır. N.Vahabqızı aktrisalıq fəaliyyətindən tutmuş, şəxsi həyatında yaşananlara qədər heç yerdə açıqlamadığı ən maraqlı fikirlərini PrimeTime.Az-a danışıb:
- "ATV maqazin" verilişindən sonra bir müddətdir tamaşaçılar səni aktrisa kimi izləyir. Bu yaxınlarda yeni telelayihə gözlənilir?
- Bundan sonra, tamaşaçılar məni həm də ATV-də yayımlanan "Seyf" verilişində izləyə biləcəklər. Format demək olar ki, dəyişməzdir. Həmkarım Azər Zahidlə birgə bizi izləyənlərə bol-bol hədiyyələr qazandıracağıq. İnanıram ki, Azərlə bu işimiz uğurlu alınacaq.
- Aparıcılıqla yanaşı aktrisalığın da qəbul edildi. Obraz sənə təklif ediləndə işinin öhdəsindən bu qədər uğurlu gələcəyini təxmin edirdin?
- Əsl peşəm aparıcılıqdır. Aktrisalıq bir növ xobbimdir, onunlar sırf ciddi şəkildə məşğul olmuram. Buna görə də özümü sözün əsl mənasında aktrisa adlandırmıram.
- Serialda Nərgiz şıltaq qız kimi kamera qarşısına keçir. Bəs özünü tam əks ampluada, dram janrında görürsən?
- Nə vaxtsa, aktrisa ola biləcəyimi düşünmürdüm. Müəyyən zaman keçdikdən sonra gördüm ki, bu, məndə alınır. Açığını desəm, hamının müsbət gördüyü, amma mənfi xarakterli qadını canlandırmaq istəyim var.
- Bəs aktrisalıq bacarığına təhsili də əlavə etmək kimi fikrin var?
- Sözün düzü, yaxın dostlarıma demişəm ki, belə getsə, Mədəniyyət və İncəsənət Universitetində təhsil alacağam. İşi görürəmsə, qoy, təhsilim də olsun. Hələ ki, bu sadəcə bir fikirdir. Ola bilər ki, gələcəkdə peşəkarlardan dərs aldım.Bir etiraf edim ki, mənə aktrisa kimi müraciət ediləndə, bəzən qıcıqlanıram. Oxucular bunu qətiyyən pis mənada anlamasınlar. Əslində mən buna görə fərəh hissi keçirməliyəm. İnsanlar illərlə təhsil alır ki, aktrisa olsun, heç bir təhsil almadan mənim aktrisa kimi təqdim olunmağım düzgün deyil. Aktyorluq sənəti böyük bir dünyadır, bu ada asanlıqla yiyələnmək olmaz.
- Cəmi bir rol oynayıb, özünü aktrisa adlandıranlar günü-gündən artırlar. Onlar səndən fərqli olaraq, cəsarətlə özlərini peşəkar adlandırmaqdan çəkinmirlər...
- Bir dəfə mikrafon tutan da özünə aparıcı deyir. Podiumda geyim nümayiş etdirən qız bir çəkilişdən sonra adını aktrisa qoyur. Gəlin, hər şeyi öz adıyla çağıraq! Əgər istedadın varsa, lap yaxşı, de ki, həvəskar aktrisayam. Bu, məncə illərini təhsilə həsr edən peşəkarlara qarşı hörmətsizlikdir.
- Diqqət mərkəzində olmağın müsbətləri kimi, mənfi tərəfləri də var. Məşhurluğun sənə hansı zərbələr vurub?
- Xoş münasibət göstərənlərlə yanaşı, üzümüzə baxıb neqativ ötürənlər də var. Xətrimizə dəyənlər də kifayət qədərdir. Heç vaxt özünəvurğun aparıcı olmamışam, məndən yoxdur demirəm. Havalarda yellənib, öz dünyalarında uçanlardan olmayacağam. Elələrinin ömrü də uzun olmur, bunu da biləsinlər. Heç kimə ulduzluq xəstəliyinə düçar olmağı arzulamıram. Bu, bir bəladır! Allah məni o gündən saxlasın, ağlımı almasın. Bu, bizim sonumuz ola bilər.
- Nərgizin şəxsi həyatında "havalar" necədir?
- Xanım kimi əlbəttə ki, sevgi görürəm. Təbii ki, hər bir xanıma diqqət xoş olduğu kimi, mənə də eyni hislərlə təsir edir.
- Yəqin bu sevgi səni yaşamağa, yaratmağa həvəsləndirir...
- Qadın mütləq sevildiyini hiss etməlidir. Təbii ki, burada əks cinsin sevgisindən söhbət gedir. Xanım seviləndə gözəlləşir, ona yaşamaq, yaratmaq həvəsi gəlir. Mən xüsusilə yaradıcı, incəsənət aləmində olan xanımları qeyd etmək istəyirəm. Rəssam, rəqqasə, aktrisa, müğənni, aparıcı, fərq etməz, hər birimiz sevgi görəndə, vallah, gül açırıq. Nə vaxt ki, qol-qanadımızı sındırırlar, onda işimiz də axsayır. Nə qədər də çalışsaq, istədiyimiz nəticəni ala bilmirik. Hərdən məni tanıyan-tanımayan insanlar yaxınlaşıb deyirlər ki, necə də gözəl görünürsən. Bunun səbəbi odur ki, efirdən əvvəl gözəl söz eşitmişəm. Həmin sözlər mənim əhvalımı yüksəldir. Amma bəzən olur ki, geyinirəm, bəzənirəm hər şey qaydasındadır, amma əhvalım "o" deyil. Sevgi sözlərinə ehtiyacımız var.
- Belə çıxır ki, Nərgiz səhərini həmin cür sevgi mesajlarıyla açıb, axşamları da əhval-ruhiyyə gətirən smslərlə yuxuya gedir?
- Mesaj yox, mesajlarla... (gülür) Ona görə də, bəylər bizi sevsinlər, diqqət və qayğı göstərsinlər. Sevgidən əlavə, Allah hər bir xanıma ailə qismət eləsin.
- Ailə demişkən, bu il subaylığa əlvida demək fikrin var?
- Bu elə bir hadisədir ki, hər şey gözlə-qaş arasında ola bilər. Hazırlıqlı olmadığımız vaxt ailə qura bilərik. Hələ ki, planlı şəkildə belə bir dəyişiklik gözlənilmir. Allah sənə, mənə və bütün qızlara xoşbəxt ailə qismət eləsin!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре