Yeni xəbər portalı yaradıldı

Day.Az представляет новость на азербайджанском языке
Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayır.
Day.Az Trend-ə istinadən bildirir ki, "Bakı Post" adlı sayt yeni, modern informasiya resursu kimi istifadəyə verilib. Sayta bakipost.az və bakupost.az domenlərindən giriş mümkündür.
Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir:
""Bakı Post"un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan "Bakı Post" hər bir izləyicinin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.
İnanırıq ki, "Bakı Post" qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə "Bakı Post"un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!"
Saytın rəhbəri Elçin Zahiroğludur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре