Həkimlər bu şəxslərə xurmanı tövsiyə edir:

Xurma yüksək qida dəyərinə malik meyvələrdən biridir.

Day.Az xəbər verir ki, tərkibində lif, kalium, maqnezium, dəmir, mis və B6 vitamini var.

Mütəxəssislərin sözlərinə görə, xurma həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.

Araşdırmalar göstərir ki, xurma antioksidantlarla zəngindir və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edə bilər. Həkimlər xüsusilə hamilə qadınlara xurma yeməyi tövsiyə edirlər. Elmi tədqiqatlara əsasən, hamiləliyin son aylarında xurma qəbul etmək doğuş prosesinin daha rahat keçməsinə və tibbi müdaxilə ehtiyacının azalmasına müsbət təsir göstərə bilər.

Bununla belə, xurma yüksək şəkər və kalori tərkibinə malik olduğundan normadan artıq istehlak edilməməlidir. Diabet, insulin müqaviməti və karbohidrat mübadiləsi pozğunluğu olan şəxslər ehtiyatlı olmalıdır. Mütəxəssislər sağlam insanlar üçün gündə 3-6 ədəd (40-70 qram) xurma yeməyin təhlükəsiz və faydalı olduğunu bildirirlər.