"Azəriqaz"da saç düzümü və geyim seçildi: "O olar, bu olmaz" - FOTO
Day.Az представляет новость на азербайджанском языке:
"Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotoları sosial şəbəkələrdə yayılıb.
Milli.Az bildirir ki, qaydalar "Tövsiyə olunan geyim və saç düzümü formaları" ilə "Tövsiyə olunmayanlar"a bölünür. Fotoların Nəsimi Rayon Qaz İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia olunur.
"Azəriqaz" əməkdaşlarından biri Milli.Az-ın əməkdaşı ilə söhbətində "dress-kod" qaydalarının mövcudluğunu təsdiqlədi.
"Bu, yeni məsələ deyil ki?! Ötən ilin yayında İstehsalat Birliyində əməkdaşlar üçün tövsiyyə olunan işgüzar geyim qaydaları barədə təlimat verilib. İndi "Qaynar xətt" əməkdaşlarına xüsusi uniformalar hazırlanır. Bu gün əməkdaşların bədən ölçüləri götürüləcək. İşgüzar geyim qaydaları bütün böyük şirkətlərdə və qurumlarda var. Qərbdə buna "dress-kod" deyirlər, biz də tətbiq edirik", - "Azəriqaz" əməkdaşı söylədi.
Xatırladaq ki, MDB məkanındakı qazpaylama və hasilat şirkətləri arasında ilk olaraq Rusiyanın "Qazprom" konserni əməkdaşları üçün "İşgüzar geyim qaydaları"nı tətbiq edib.
Böyütmək üçün şəkillərə klikləyin:


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре