https://news.day.az/azerinews/808037.html
Qaxda 82 yaşlı sürücü ölüb
Qaxda 82 yaşlı sürücü ölüb

Day.Az представляет новость на азербайджанском языке.
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində olub.
Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре