İnsanların boyu ildən ilə qısalır

Day.Az представляет новость на азербайджанском языке

Son 10 ildə ölkəmizdə əhalinin boyu 5 sm qısalıb. Bunun səbəbləri nələr ola bilər?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, insanların boyu sürətlə qısalır. 10 il əvvəl Azərbaycanda orta boy 167 santimetr idisə, indi bu göstərici 5 sm azalaraq 162 sm -ə düşüb. Dünyada isə insanların boyu ortalama olaraq 7 sm qısalıb. Bunun səbəbləri isə hələ ana bətnindəykən başlayır və sonrakı dövrlərdə davam edir.

Terapevt Şəmsiyyə Namazlı deyir ki, inkişaf üçün düzgün yuxu rejimi və qidalanma çox vacibdir. Uşaqların inkişafı üçün vitaminli qidalar, bol kalsiumlu süd məhsulları qida rasionunda mütləq olmalıdr. Yemek saatında uşaqlara verilən şirniyyat şəkərin miqdarını artırır və bu da boy hormunu ifrazının qarşısını alır.

Boy qısalmasının birdəfəlik qarşısını almaq isə demək olar ki, mümkün deyil. Ancaq gen faktoru xaricində düzgün həyat tərzi ilə bu prosesdən müəyyən qədər qaçmaq olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Нажмите на видео для просмотра:
İnsanların boyu ildən ilə qısalır