Putin Ərdoğana başsağlığı verib
Day.Az представляет новость на азербайджанском языке
Rusiya prezidenti Vladimir Putin Qaziantep şəhərində törədilən terror aktı nəticəsində onlarla dinc insanın həyatını itirməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V. Putin bildirib ki, baş verən hadisə bir daha beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini real olaraq birləşdirməsinin vacib olduğunu ortaya qoyub. Rusiya prezidenti bir müddət əvvəl Sankt-Peterburqda əldə edilən razılaşmalar çərçivəsində Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb. V. Putin terror aktı nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре