Qiyamçı polkovnik-leytenant Ərdoğanın təyyarəsini və sarayını vurmaq əmri verir

Day.Az представляет новость на азербайджанском языке

15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini vurmaq əmri vermiş Fətullah Gülən terror təşkilatı (FETÖ) üzvlərinin ratsiya ilə danışıqlarının audioyazısı açıqlanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsinin vurulması əmrini verən adam general Akın Öztürkün kürəkəni polkovnik-leytenant Hakan Karakuş olub. O, məhkəmədə israrla "Qətiyyən FETÖ-çü deyilən. Çevriliş cəhdində rolum olmayıb" deyirdi.

15 iyul gecəsi silahlı çevrilişə cəhd edənlərin "Ərdoğanın təyyarəsini vurun" əmrini verdiyi səs yazısını diqqətinizə çatdırırıq:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.