Hücumçu Bəxtiyar Məsiməliyev əməliyyat olundu

"Səbail" futbol klubunun hücumçusu Bəxtiyar Məsiməliyev bu gün "Neftçilər" xəstəxanasında ayağından əməliyyat olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, məşq zamanı ayaq topuğundan zədə alan oyunçu bazar ertəsi günü - dekabrın 12-də xəstəxanını tərk edəcək və bərpa müalicə kursu keçməyə başlayacaq. Onun meydanlara təxminən 3-4 həftəyə qayıdacağı gözlənilir.
Klubun icraçı direktoru Yusif Həsənov və komandanın baş meneceri Fərəc Əliyev əməliyyatdan sonra oyunçunu ziyarət edərək ona şəfa diləyiblər.