https://news.day.az/sport/613035.html
Ruslan Abışov da "Qəbələ"yə keçdi
"Qəbələ" klubu bu gün Ruslan Abışovla müqavilə imzalayacaq. Goal.az xəbər verir ki, bu barədə klubdan məlumat verib. Xəbərə görə, 27 yaşlı müdafiəçi ilə 1 illik müqaviləyə qol çəkiləcək. R.Abışov mövsüm sonunadək "Qəbələ"də çıxış edəcək.
Azərbaycan milli komandasının futbolçusunun "qırmızı-qaralar"ın axşam məşqində çıxış edəcəyi gözlənilir.
Əlavə edək ki, Ruslan Abışov "Neftçi", "Xəzər Lənkəran" və "Rubin" (Kazan, Rusiya) klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub. Futbolçu yay transfer pəncərəsində "Xəzər Lənkəran"la anlaşsa da, FİFA-nın cənublulara qoyduğu transfer qadağası səbəbindən keçid baş tutmayıb.
Ruslan Abışov da "Qəbələ"yə keçdi

Day.Az представляет новость на азербайджанском языке.
"Qəbələ" klubu bu gün Ruslan Abışovla müqavilə imzalayacaq. Goal.az xəbər verir ki, bu barədə klubdan məlumat verib. Xəbərə görə, 27 yaşlı müdafiəçi ilə 1 illik müqaviləyə qol çəkiləcək. R.Abışov mövsüm sonunadək "Qəbələ"də çıxış edəcək.
Azərbaycan milli komandasının futbolçusunun "qırmızı-qaralar"ın axşam məşqində çıxış edəcəyi gözlənilir.
Əlavə edək ki, Ruslan Abışov "Neftçi", "Xəzər Lənkəran" və "Rubin" (Kazan, Rusiya) klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub. Futbolçu yay transfer pəncərəsində "Xəzər Lənkəran"la anlaşsa da, FİFA-nın cənublulara qoyduğu transfer qadağası səbəbindən keçid baş tutmayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре