https://news.day.az/azerinews/1777625.html
Sumqayıt da karton məmulatlarının istehsalı zavodunda yanğın olub - FOTO
Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın olub. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Sumqayıt da karton məmulatlarının istehsalı zavodunda yanğın olub - FOTO

Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın olub.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.
Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре