https://news.day.az/politics/605223.html
Qərərgah rəisi danışdı - VIDEO
Day.Az представляет новость на азербайджанском языке:
Rusiyanın təşəbbüsü ilə Beynəlxalq Hərbi Oyunlar çərçivəsində "Xəzər Kuboku- 2015" müsabiqəsi keçirilib. Azərbaycan Hərbi Dəniz qüvvələrinin qatıldığı yarışda dənizçilərimiz yüksək nəticə göstərərək, ölkəmizi layiqincə təmsil ediblər.
Azərbaycanın Beynəlxalq Hərbi Oyunlarda çıxışı, son dövrlərdə gördüyü iş, gələcək planlar və digər məsələlər barədə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov ANS-ə eksklüziv müsahibə verib.
ANS PRESS həmin müsahibəni təqdim edir.
- Cənab komandan, mənim bildiyim qədər bu sizin verdiyiniz ilk müsahibədir. İlk sualım Beynəlxalq Hərbi Oyunlar ilə bağlıdır. Bu hərbi oyunlarda Azərbaycan dənizçilərinin iştirakı və nəticələri barədə nə deyə bilərsiniz?
- Rusiya Federasiyasının təşəbbüsü ilə 2015-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan hərbi dənizçiləri Beynəlxalq Hərbi Oyunlar çərçivəsində Rusiyanın müxtəlif şəhərlərində keçirilən hərbi oyunlara qatılıblar. O tədbirlərdən biri sırf dənizçilərlə bağlı olan "Xəzər Dənizi - 2015" müsabiqəsi Xəzər dənizi hövzəsində keçirilib. Bu, Rusiya Hərbi Dəniz Donanmasının Mahaçqala şəhərinin akvatoriyasında keçirilən hərbi oyunlar idi. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi gəmisi və bir xilasedici yedəyi bu oyunlara qatılıb. Ekipajın hazırlığı qısa müddət ərzində tam başa çatıb, gəmilər texniki cəhətdən tam təmir olunaraq bu oyunlara hazırlanıblar. Bu günə olan və davamlı gələn məlumatlara əsasən, bizim dənizçilərimiz Rusiya və Qazaxıstan dənizçiləri ilə birlikdə yüksək nəticə əldə ediblər. Gəmilərimiz bu oyunlarda əsasən dəniz hazırlığı üzrə bilik və bacarığını nümayiş etdirib, həmçinin hərbi idman oyunlarına qatılıb.
- Siz Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini müvəqqəti icra edən şəxsdən əlavə, həm də qərərgah rəisizsiniz. Qərargah rəisi vəzifəsini icra edən şəxs kimi deyə bilərsinizmi, bizim Hərbi Dəniz Qüvvələri bu gün Xəzərdə istənilən təcavüzün, müdaxilənin qarşısını almağa qadirdirmi? Yəni bizim cənubda və şimalda çox güclü dəniz qüvvələri olan qonşularımızın qarşısına çıxa biləcək gücümüz varmı?
- Bu günləri bizim Xəzər dənizində Azərbaycanın hərbi, siyasi, iqtisadi və digər maraqlarının qorunmasından ötrü həm Hərbi Dəniz Qüvvələrinin gəmiləri, birləşmələri, eləcə də Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin gəmi və birləşmələri var. Bundan əlavə, Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyasına cəlb olunmuş digər qurumların bu cür strukturları Xəzərdə dənizin təhlükəsizliyi baxımından tədbirlərə cəlb olunub. Azərbaycan Preziudenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il sentyabrın 11-də imzaladığı Azərbayacan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərinə uyğun olaraq, bütün bu qurumlar bu gün Xəzər dənizinin Azərbaycan sektorunda qarşıda duran bütün tapşırıqların yerinə yetirilməsi üçün bir-biri ilə sıx əməkdaşlıq edirlər. Bu gün tam əminliklə demək istəyirəm ki, bütün bu qurumların birgə səyi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda tam əmin-amanlıqdır və qarşıya qoyulmuş bütün tapşırıqlar həll edilir.
Bildiyiniz kimi, Xəzər dənizinin Azərbaycana məxsus olan sektorunda neft və qaz infrastrukturu yerləşir. Bunların təhlükəsizliyi qarşıda qoyulan ən əsas tapşırıqlardan biridir. Böyük həcmdə investisiya qoyulmuş dəniz neft-qaz plotformalarının, sahilə qədər gətirilən neft-qaz ixrac boru kəmərlərinin mühafizəsi, həmçinin 5 Xəzəryanı ölkə olduğu üçün onların arasında Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzrə hərəkət edən mülki gəmilərin təhlükəsizliyinin qorunması kimi tapşırıqlar sadaladığım strukturların üzərinə düşür.
Hər il döyüş hazırlığı proqramı tərtib olunur, icra edilir. İndi tam əminliklə söyləyə bilərik ki, il ərzində qazandığımız bilik-bacarıq son nəticədə qarşımıza qoyulan tapşırıqların həlli üçün gərəkli olur və bu tapşırıqların həllinə nail oluruq.
- Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, Xəzərin sülh dənizi olmalıdır. Xəzryanı dövlətləri militarizasiyadan uzaq olmağa çağırırdı. Amma indi görünən odur ki, Xəzr dənizində hərbi qreyser, dostluq səfərləri adı ilə müxtəlif təlimlər keçirilir, sanki güc nümayiş olunur. Ümumiyyətlə, Allah eləməsin, sabah istənilən qonşu tərəfindən təhlükə yaranarsa, ona cavab verməyə gücümüz varmı?
- Bizim gəmilərimiz də dostluq səfərləri edirlər. Rusiyanın Xəzərdəki limanlarına 3 dostluq səfərimiz olub. Onların da gəmiləri 3 dəfə Bakı buxtasında olub. Gəmilərin gəlib-getməsi dövlət səviyyəsində reallaşdırılır. Rusiya gəmiləri həm Qazaxıstanın, həm Türkmənistanın, həm də İranın hərbi limanlarında olub. Həmçinin bizim limanda da 3 dəfə olublar. Amma Türkmənistan və İran gəmilərinin bizim limanlara daxil olması hələ qeydə alınmayıb. Biz tam dəstəkləyirik ki, Xəzər dənizi sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır. Ümumiyyətlə, Xəzər dənizi çox böyük su hövzəsi deyil. Lakin ətrafda beş ölkə var və onların bütün maraqları Xəzər dənizində kəsişir. Bugünkü gün Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin. Çalışırıq ki, digər Xəzəryanı dölətlərin maraqlarını və onların hüquqlarını pozmadan konkret olaraq öz üzərimizə düşmüş təhlükəsizlik baxımından olan bütün məsələləri hamısını həll edək.
- Rəsmi informasiyalardan və mətbuatdan da görünən odur ki, Hərbi Dəniz Qüvvələrimizin iştirakı ilə keçirilən təlimlər daha çox Rusiya ilə reallaşdırılır. Bizim digər Xəzəryanı dövlətlərlə birgə ikitərəfli hərbi təlimlər niyə keçirilmir? Yoxsa, keçirilir, bizim xəbərimiz yoxdur?
- Biz bütün Xəzəryanı dövlətlərlə hər il növbəti il üçün ikitərəfli beynəlxalq qarşılıqlı əməkdaşlıq planına uyğun olaraq, tədbirlər keçiririk. Təkcə Rusiya ilə deyil, Qazaxıstan, İran, Avropa dövlətləri ilə, Türkiyə ilə qarşılıqlı əməkdaşlığa uyğun tədbirlər keçiririk. Bir aydan sonra Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçi gəmilərinin gəlişi gözlənilir. Onlarla birlikdə hərbi təlimlər keçiriləcək. İlk dəfədir ki, xarici gəmilərin iştirakı ilə belə təlim keçiriləcək. Bu barədə mətbuata geniş məlumat veriləcək.
- Azərbaycanda Gəmiqayırma Zavodu var. Bizim ilk gəmimiz nə vaxt istehsal olunacaq, yəni bu tarix nə vaxta planlaşdırılır?
- 2013-cü ilin sentyabrında Buta qəsəbəsi yaxınlığında Bakı Gəmi İnşası Zavodu (Baku Shipyard) istismara verildi. O qədər yüksək texnologiyalara malik zavoddur ki, dünyada bundan çox azdır. Ümumiyyətlə, hərbi gəmilərin tikintisi mülki gəmilərin tikintisindən bəzi aspektlərinə görə fərqlənir. Yəni həm uzun müdət tələb olunur, həm gəmilərin bizim tələblərə uyğun hazırlanması, həm onların üzərində silahların, texniki vasitələrin, mühərriklərin və s. Bu gün Xəzərdə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olub-olmamsı ilə bağlı ekspertlər qrupumuz tərəfindən işlər aparılır. İndi dünyada gəmilərin inşası ilə məşğul olan zavodlarla aparılan işlərin yekun nəticələri var. Bütün layihələr Nazirlər Kabinetinə təqdim olunub. Bu məsələlərin tələblərimzə tam cavab verməsi barədə rəylər, bu işlərin maliyyələşdirilməsi məsələləri həll olunduqdan sonra gəmilərin inşasına dərhal başlanılacaq. Gəminin inşası, yəni tikinti müddəti təqribən 1,8-2 il çəkir. Biz əsas işləri görmüşük, amma hələ tikintiyə başlanılmayıb.
- Yəqin ki, ilk gəminin inşası işləri cənab prezidentin müdaxiləsilə olcaq. Ən azından orda simvolik işarə, jest olmalıdır.
- Bəli onu da deyim ki, bizim Dövlət Sərhət Xidmətinin Sahil Mühafizəsi bu yaxınlarda öz ərazisində ilk patrul gəmilərinin, katerlərinin açılış mərasiminə cənab prezident İlham Əliyev dəvət olunmuşdu. Prezident orada iştirak etdi. Bu, bizim üçün böyük fəxr idi. Artıq Azərbaycan Respublikasına məxsus hərbi gəmilər Xəzərin qoynunda qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir. Bu, bizim üçün, 1991-ci ildən müstəqillik qazandıqdan sonra idiyədək Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün tikiləcək birinci gəmi olacaq.
Cənab komandan bütün hallarda geniş müsahibə və ətraflı məlumat üçün sizə təşəkkür edirəm!
Çoğ sağ olun!
Нажмите на видео для просмотра:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре