Bu mağazalar köhnə mal satır - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке:
"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Sabunçu rayonunda
- Zabrat 1 qəsəbəsi, Məmmədyarov küçəsi, 36 ünvanında Tosif Əlimərdanova məxsus mağazada;
Bakının Nərimanov rayonunda
- C.Hacıbəyli küçəsi, 24 ünvanında Akif Məmmədova məxsus mağazada;
Bakının Binəqədi rayonunda
- 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 ünvanında "Amil" firmasına məxsus mağazada;
Tovuz rzyonunda
- Yanıxlı kəndində Sakit Babayevə məxsus mağazada;
Şabran şəhərində
- T.İsmayılov küçəsində Mehman Salahova məxsus mağazada;
Oğuz şəhərində
- H.Əliyev prospekti, 22 ünvanında Vüqar Səmədzadəyə məxsus mağazada;
Sumqayıt şəhərində
- 17-ci mikrorayon, İ.Qayıbov küçəsi, 24A ünvanında Səməd Vəliyevə məxsus kafedə;
- Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsində "Yaşar-83" MMC-yə məxsus "Yaşar" restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Xətai rayonunda
- R.Quliyev küçəsində Xuraman Məmmədovaya məxsus mağazada;
Sabunçu rayonunda
- Maştağa qəsəbəsi, Subtropik Sovxozunda Vüqar Həsənova məxsus mağazada;
Şəmkir şəhərində
- 20 Yanvar küçəsində Haqverdi Məhərrəmova məxsus mağazada;
Salyan şəhərində
- Bakı-Astara yolunda Vüqar Əliyevə məxsus mağazada;
Quba rayonunda
- Xucbala kəndində Ramil Həsənova məxsus mağazada;
Şəki şəhərində
- Bağbanlar küçəsi, 2 ünvanında Elman Zeynalzadəyə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре