Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

Day.Az представляет новость на азербайджанском языке
İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory 54" turniri keçirilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın və "Qəbələ" idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib. Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.
Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb. Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.
A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре