Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri - FOTO (R)
Azərbaycanın premium şərab istehsalçısı olan "SAVALAN - ASPI Winery"nin "SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016" şərabı prestijli beynəlxalq şərab müsabiqəsi olan "Japan Wine Challenge 2021"də "Trophy for Best Ancient World Wine" (Ən yaxşı Köhnə Dünya Şərabı) mükafatına layiq görüldü.
"SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016" şərabı Azərbaycanın Qəbələ bölgəsinin Savalan vadisində yetişən Kaberne Frank, Alikante Buşe və Kaberne Sovinyon üzüm növlərinin qarışımından hazırlanmışdır. Bu şərab kompleks və özünəməxsus aromaya, yumşaq, lakin inamlı tanin teksturasına, dolğun və zəngin dada malikdir.
"Trophy for Best Ancient World Wine" mükafatı terruarın xaraketirini özündə tam əks etdirən, yüksək keyfiyyətli və bənzərsiz orqanoleptik xüsusiyyətləri özündə daşıyan Köhnə Dünyanın ən yaxşı şərablarına verilir.
"Biz bu mükafatı almaqdan qürur hissi duyuruq. Bu, təkcə şirkətimizin nailiyyətlərinin ifadəsi deyil, həm də bizim şərablarımızın dünyanın aparıcı istehsalçılarının şərabları ilə eyni səviyyədə ola biləcəyinə sübutdur" dedi "SAVALAN - ASPI Winery"nin direktoru Əjdər Şəfizadə.
Bu müsabiqədə "SAVALAN - ASPI Winery"nin şərabları bundan əlavə daha altı mükafata layiq görüldü və onlar aşağıdakılardır:
Müsabiqə haqqında
"Japan Wine Challenge" 1997-ci ildən keçirilir, Asiyanın ilk və ən nüfuzlu şərab yarışmalarından biri hesab olunur. Bu müsabiqədə aparıcı beynəlxalq ekspertlər iştirak edir və 2021-ci ildə 28 ölkədən 1100-dən çox şərab təqdim edilib.
Şirkət haqqında
"SAVALAN - ASPI Winery" 2007-ci ildə təsis edilmişdir. Müəssisə Savalan vadisində (Qəbələ rayonu) Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir və burada təbiət yüksək keyfiyyətli üzüm yetişdirmək üçün ideal şərait yaratmışdır. Bu ərazilərdə şərabçılığın tarixi ən azı 2300 il bundan əvvələ gedib çatır. Hazırda təsərrüfat dəniz səviyyəsindən təxminən 400 metr yüksəklikdə unikal təbii-iqlim şəraitində yerləşən 340 hektarlıq üzüm bağlarına sahibdir. Şərab zavodunda italyan oenoloqları Daniele d'Andrea və Elisa Vagnoni başda olmaqla aqronomlar və şərabçılardan ibarət peşəkar beynəlxalq komanda çalışır.
"SAVALAN - ASPI Winery" beynəlxalq üzüm sortlarından şərabların istehsalı üzrə ixtisaslaşmışdır. Şirkətin məhsulları nüfuzlu beynəlxalq yarışlarda çoxsaylı mükafatlar alıb. Bu yarışlara "International Wine Challenge", "International Wine and Spirit Competition", "Decanter", "Mundus Vini" və başqaları daxildir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре