Azad olunmuş ərazilərə böyük qayıdış bizim üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər ölkə iqtisadiyyatının davamlı artımını təmin edəcək.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin hər biri Azərbaycan üçün vacibdir. "Bu prioritetlər arasında işğaldan azad olunmuş ərazilərə böyük qayıdış bizim üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə Baş nazir bildirib.