https://news.day.az/azerinews/1610385.html
Ay tutulması başa çatıb
Ay tutulması başa çatıb
2023-cü ilin son Ay tutulması başa çatıb.
Day.Az-ın məlumatına görə, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər. Məlumata görə, bu tutulma qismən Ay tutulmasıdır.
Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatıb. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınıb.
Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре