Britaniya əks-kəşfiyyatına əsas səylərini terrorçulardan casuslara yönəltməyi əmr edilib

Böyük Britaniya hakimiyyəti "MI5" əks-kəşfiyyat xidmətinə səylərini terrorçularla mübarizədən Rusiya, Çin və İrandan gələn casusluqla mübarizəyə yönəltməyi əmr edib.

Day.Az-ın məlumatına görə, bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən bildirib.

"Nazirlər "MI5"dən səylərinin çoxunu casusluq təhlükəsinə, xüsusən də Çin, Rusiya və son zamanlar İrandan gələn dövlət təhlükəsinə yönəltməyi xahiş ediblər", - deyə nəşrə hökumətin yüksək vəzifəli mənbəsi bildirib.

O qeyd edib ki, yerrorla mübarizə "MI5" üçün vacib bir missiya olaraq qalmasına baxmayaraq, onun "iş yükü istiqamətini dəyişdi".