https://news.day.az/azerinews/1717634.html
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident.
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.
Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре