https://news.day.az/azerinews/1740872.html
Azərbaycanda viski və brendi istehsalı 60%-ə yaxın ARTIB
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 141,7 min dekalitr viski və brendi istehsal edilib. Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 57,3% və ya 51,6 min dekalitr artıb.
Azərbaycanda viski və brendi istehsalı 60%-ə yaxın ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 141,7 min dekalitr viski və brendi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 57,3% və ya 51,6 min dekalitr artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 90,1 min dekalitr viski və brendi istehsal edilib.
Bu ilin martın 1-nə olan məlumata görə, viski və brendi istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 290,8 min dekalitr təşkil edib.
Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре