Prezident İlham Əliyev: COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq

Biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib: "COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk".