Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər".