Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Arzu edirəm ki, Ulu Tanrı Sizə cansağlığı və səadət, müsəlman ümmətinə xoşbəxtlik nəsib etsin".