Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident.
Zati-alinizi, ailənizin dəyərli üzvlərini, dost və qardaş Azərbaycan xalqını mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu mübarək bayramın Türk dünyası və bütün İslam aləmi üçün sülh, rifah və ümid dolu bir gələcəyə vəsilə olmasını, qardaşlıq və həmrəylik əlaqələrimizin müştərək dəyərlərimiz əsasında daha da möhkəmləndirməsini arzu edirəm.
Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре