Toy karvanında xuliqanlıq edən sürücü saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi "Mersedes-Benz" markalı nəqliyyat vasitəsilə toy karvanında digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan rayon sakini S.Abdullayev saxlanılıb.

Day.Az Milli.Az-a istinadən bildirir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.