Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan bəyanatları rədd edib

Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan bəyanatları rədd edib.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan bəyanatları tamamilə rədd edirik.

Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesini dəstəkləməyə yenidən çağırış edirik", - deyə bəyanatda bildirilir.