Regionlarda qan ehtiyatlarını artırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq - Elxan Nağıyev

Regionlarda qan ehtiyatlarını artırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının əsas hədəfi ölkə üzrə qan təminatını etibarlı, dayanıqlı və fasiləsiz şəkildə həyata keçirməklə yanaşı, eyni zamanda, könüllü donorluğun təşviqinə yönəlmiş fəaliyyəti gücləndirməkdir:
"Bu istiqamətdə biz qan toplama və idarəetmə sistemlərini müasir texnologiyalarla təchiz etməyi, regionlarda qan ehtiyatlarını artırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq. Paralel olaraq, qan xidmətlərinin daha səmərəli və uzlaşdırılmış şəkildə həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta sistemi ilə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzimizdədir".
Elxan Nağıyevin sözlərinə görə, məqsəd təkcə qan təminatını deyil, həm də hər bir həyatın xilasında yüksək keyfiyyətli və təhlükəsiz qan xidmətlərinin rolunu daha da artırmaqdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре