https://news.day.az/azerinews/1749897.html
Zavodun hasarı uçdu - Ölən var
Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib. Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb.
Zavodun hasarı uçdu - Ölən var

Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib.
Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırmalar aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре