İran İsrailə qarşı hərbi əməliyyatları dayandırıb - XİN

İsrailə qarşı hərbi əməliyyatlar iyunun 24-ü səhər saat 4:00-da dayandırılıb.

Day.Az-ın məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X" sosial şəbəkəsində yazıb.

"Qüdrətli silahlı qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün hərbi əməliyyatları son dəqiqəyə qədər, səhər saat 4-ə qədər davam edib", - deyə nazir bildirib.

O, həmçinin ölkəsini "son damla qanına qədər" müdafiə etməyə hazır olan və "düşmən hücumlarına" "son dəqiqəyə" cavab verən İran hərbçilərinə təşəkkür edib.