https://news.day.az/azerinews/1782266.html Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - FOTO Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - FOTO

Azərbaycanca, 22 сентября 2025 15:22 (UTC +04:00) 399
Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.

  • Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости