HƏMAS israilli əsirlərin növbəti qrupunu təhvil verib

Qəzzada atəşkəs razılşaması çərçivəsində HƏMAS israilli əsirlərin 13 nəfərdən ibarət növbəti qrupunu Beynəlxalq Qırmızı Xaç komitəsinin nümayəndələrinə təhvil verib.

Day.Az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Bundan bir neçə saat əvvəl yeddi əsirdən ibarət qrup azad edilərək İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti əməkdaşlarının müşayiəti altında İsrailə qaytarılmış və tibbi müayinədən keçirilmişdilər.

xxx
12:05

Səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.

"Kətaib əl-Qəssam" silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.

Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.