Bakıdan Xırdalana ekspres marşrut xətti istifadəyə verilir - ŞAD XƏBƏR

Oktyabrın 17-dən etibarən Xırdalan şəhərindən Bakı şəhərinin "20 Yanvar" metrostansiyasına sürətli və rahat gedişləri təmin etmək üçün E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə AYNA-da Day.Az-a verilən məlumata görə, ekspres marşrutunun dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) olacaq.
Marşrut üzrə avtobuslar 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək və hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək və gediş haqqı 0,60 AZN olacaq.
Bu yeni ekspres marşrut Xırdalan və yaxın ərazilərdə yaşayan vətəndaşlar üçün nəqliyyatda daha sürətli və rahat hərəkət imkanı yaradacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре