https://news.day.az/azerinews/1788681.html
Türkiyədə 5G-yə keçid ilə bağlı tezlik hərracı keçirilib
Bu gün Türkiyənin yeni nəsil mobil rabitə texnologiyası olan 5G-yə keçid prosesindəki ən mühüm mərhələlərdən biri sayılan tezlik hərracı keçirilib. Day.Az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Türkiyədə 5G-yə keçid ilə bağlı tezlik hərracı keçirilib
Bu gün Türkiyənin yeni nəsil mobil rabitə texnologiyası olan 5G-yə keçid prosesindəki ən mühüm mərhələlərdən biri sayılan tezlik hərracı keçirilib.
Day.Az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin yeni nəsil rabitə texnologiyası olan 5G hərracında 700 MHz tezliyində A1 paketi üçün ən yüksək təklifi 429 milyon dollarla "Turkcell", A2 paketi üçün 426 milyon dollarla "Vodafone", A3 paketi üçün isə 425 milyon dollarla "Türk Telekom" rabitə operatorları veriblər.
Hərracın nəticəsinə əsasən, xidmət göstərmə hüququ qazanan şirkətlər 2026-cı il aprelin 1-dən etibarən Türkiyədə 5G tətbiqinə başlayacaqlar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре